Hacıqabulda 52 yaşlı qadını maşın vurdu

Hacıqabulda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.az xəbər verir ki, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb.

Avtomobil 1970-ci il təvəllüdlü Ceyran Nurulla qızı Abışovanı vurub.

Yaralı təcili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz və baş hematoması, müştərək travma, sol bazu sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Facebook Comments