200 manat yardım pensiyalara necə tətbiq ediləcək?

Prezident İlham Əliyevin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamında nəzərdə tutulan yardım orta pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində artımlara təsir göstərəcək.

Bu sözləri axar.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, bu artım 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinə aylıq olaraq orta hesabla 17 manata (200 manat/12) yaxın əlavə deməkdir:

“Bu, 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində 6,6% artım deməkdir (17 manat/250 manat X 100.0%). İndeksasiya faizini də nəzərə aldıqda, bu, 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinin son sərəncamla 10% (6,6 % +3,4%) artacağı anlamına gəlir. Nəzərdə tutulan yardım 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində isə 5,6% artım deməkdir (17 manat/300 manat X 100%). İndeksasiya faizini də nəzərə aldıqda bu 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinin 9% faiz (5,6 % +3,4 %) artmasıdır”.

Facebook Comments