Utanmasan oynamağa nə var ki…

Cavanşir Feyziyev adlı bir saxta deputat, saxta, keyfiyyətsiz dərmanlarla minlərlə Azərbaycan vətəndaşının qanına girən bir oğru, utanmadan jurnalistləri və ölkənin tanınmış şəxslərini tərbiyəsizcəsinə təhqir edib. Xalqın cibindən oğurladığı milyonları ingilislərə yem edən bu adam haqqında isə hüquqi ölçü götürən bir dövlət qurumu tapılmır. Böyük Britaniya məhkəməsinin haqqında araşdırma apardığı, əmlakına həbs qoyduğu azərbaycanlı oğru hələ də cibində millət vəkili vəsiqəsi daşıyaraq Azəbaycan parlamentində təmsil olunur.
Bu adam haqqında cinayət işi açılmalıdır. Bu adamın gətirdiyi dərmanların keyfiyyəti araşdırılmalıdır.

Bu adamın ölkədən çıxardığı milyonların hər qəpiyində ah-nalə var. Hələ bir utanmadan illərdir ki, qanını içdiyi vətəndaşları təhqir edir. Sənin yediyin hər tikədə, son qəpiyini övladının , valideynlərinin, əzizlərinin yaşaması üçün boğazından kəsib sənin saxta dərmanına verən insanların haqqı var. Mandatın kimi gətirdiyin dərmanlar da saxtadır.
Bir Azərbaycan vətəndaşı kimi Cavanşir Feyziyev haqqında hüquqi araşdırma tələb edirəm. Cavanşir Feyziyev bütün əməllərinə görə hüquq qarşısında cavab verməlidir.

Elşən Əlisoy, “sözcü.az” saytının rəhbəri

Xatırladaq ki, London məhkəməsi deputat Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus 5,6 milyon funt sterlinq məbləğində vəsaiti müsadirə edib. Bu xəbərlər yerli mətbuatda yer aldıqdan sonra C.Feyziyev jurnalistlərin adını çəkərək təhqir edib.

Facebook Comments