Azərbaycan, Türkiyə və İsrail səfirləri görüşdü

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrailin ABŞ-dakı səfirləri arasında görüş olub.

Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Tvitterdə yazıb.

“Səfir Mikael Hersoqu qonaq kimi qəbul etmək mənim üçün şərəfdir. Azərbaycan-İsrail dostluğu regionda sülh, sabitlik və inkişaf üçün töhfədir!”, – Azərbaycan səfiri qeyd edib.

Həmçinin bu görüş barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik də paylaşım edib. O, Tvitterdə yazıb:

“İsrail səfiri Mikael Hersoqu Türkiyə səfiri də daxil olmaqla, digər səfirlərlə birgə Vaşinqtonda Azərbaycan səfiri Xəzər İbrahim tərəfindən şam yeməyində görməyimə şad oldum”.

Facebook Comments