Ermənilər Xocalının bu kəndində türmə tikməyə başlayır…

Xankəndində Rusiya hərbi kontingentinn himayəsində bəslənən separatçı-terrormu rejim yaxın vaxtlarda Xocalı rayonunun “Ayqestan” adlandırdıları Ballıca kəndində qeyri-qanuni cəzaçəkmə müəssisəsi tikdirməyə başlayacaq.

Moderator.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, artıq layihələndirmə işlərinə başlanılıb.

Qondarma erməni xuntasının qanunsuz “daxili işlər nazirliyi”nin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Unan Tacosyan bu barədə erməni müxbirlərə müsahibəsində danışıb.

“Müharibədən sonra Qarabağda yeganə həbsxananın fəaliyyət göstərdiyi Şuşa Azərbaycanın nəzarətində qaldığı üçün bizə yeni türmə tikmək lazımdır. Ayqestanda məhbuslar üçün bütün lazımi şərait yaradılacaq”, – H. Tacosyan belə deyib.

Zəruri arayış:
Ballıca — Azərbaycan Respublikasının Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsində kənddir. Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Xocalı şəhərindən hava xətti ilə təxminən 5, Xankəndindən isə 4 km məsafədə yerləşir.

Adını ərazidəki eyniadlı çaydan alıb.

Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olub. Sonralar çar Rusiyası tərəfindən İran və Türkiyədən köçürülmüş ermənilər burada məskunlaşmışlar. Hazırda da ermənilər tərəfindən “Ayqestan” adlandırılır.

1992-ci ildən 2020-ci ilin noyabrına qədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.

2005-ci ildə separatçı rejimin Yuxarı Qarabağda keçirdiyi əhalinin siyahıyaalmasına əsasən Ballıca kəndinin əhalisinin faktiki sayı 1071 nəfər, qeydiyyatdakı əhalinin sayı 1091 nəfər təşkil edib.

İşğaldan sonra Ballıcada Ermənistan ordusunun silah anbarı qurulub. İkinci Qarabağ müharibəsi zamanı – 5 oktyabr 2020-ci ildə həmin silah anbarı Azərbaycan ordusu tərəfindən məhv edilib. Ordumuz həmçinin ermənilərin Ballıca yaxınlığında yerləşdirdiyi “S-300” zenit-raket kompleksini də sıradan çıxarıb.

2020-ci il oktyabrın 14-dəki mətbuat konfransında Azərbaycan Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev Ermənistan tərəfindən “Toçka-U” sistemi vasitəsilə Mingəçevir şəhərinə buraxılan raketin Xankəndi ətrafındakı Ballıca yaşayış məntəqəsinin yanından atıldığını bildirib.

İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ballıca kəndi Rusiyanın rəsmən sülhməramlı missiyası daşıyan qüvvələrinin nəzarətinə keçib…

Son peyk görüntülərinə əsasən Ballıcada hələ də ermənilərin top və haubitsaları saxlanılır…

Facebook Comments