Rusiyanın böyük hücum üçün qüvvəsi yoxdur – Kuleba

Rusiyanın bütün sərhəd boyu Ukraynaya genişmiqyaslı hücumu üçün hələ ki, kifayət qədər qüvvəsi yoxdur.

Sozcu.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

“Sərhəd boyunca və işğal olunmuş ərazilərdə toplanmış rus qoşunlarının sayı çoxdur və Ukrayna üçün birbaşa təhlükə yaradır. Lakin bu say Ukraynaya qarşı tammiqyaslı hücum üçün yetərli deyil. Üstəlik, belə genişmiqyaslı hücumu həyata keçirmək üçün hələ də bəzi mühüm hərbi xüsusiyyətlərə və sistemlərə malik deyillər”, – Kuleba bildirib.

Facebook Comments