Ötən il Azərbaycanda Milli Ödəniş Sistemi (AZİPS, XÖHKS) vasitəsilə aparılan ödəniş əməliyyatlarının ümumi həcmi 217,662 mlrd. manat, sayı isə 70,75 mln. ədəd təşkil edib.
Sozcu.az-ın Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% azalıb.
2021-ci il ərzində Milli Ödəniş Sisteminin əsas komponenti olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS) üzrə 183,76 mlrd. manat həcmində 1,11 mln əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 6% azdır.
Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə isə ötən il 33,91 mlrd. manat həcmində 69,64 mln. ədəd əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 21,8% çoxdur.
Facebook Comments