Britaniya da diplomatlarını Ukraynadan çıxarır

Böyük Britaniya Kiyevdəki səfirliyinin əməkdaşlarının bir hissəsini və onların ailə üzvlərini ölkədəki vəziyyətin gərginləşməsi ehtimalı fonunda geri çağırmağa başlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

“Rusiyadan gələn təhlükəyə cavab olaraq bəzi səfirlik əməkdaşları və onların ailə üzvləri Kiyevdən çıxarılır. Britaniya səfirliyi isə fəaliyyətinə davam edəcək”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən Böyük Britaniya hökuməti səfirlik əməkdaşlarının Kiyevdən çıxaracağı ilə bağlı yayılan məlumatları təkzib etmişdi.

Xatırladaq ki, bundan öncə ABŞ Kiyevi könüllü tərk etmək istəyən diplomatlarına sərbəst seçim icazəsi verib.

Facebook Comments