Kane “Neftçi”dən ayrılır

“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane Yunanıstana qayıtmağa yaxındır.

Sozcu.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Bakı təmsilçisində icarə əsasında çıxış edən 25 yaşlı oyunçu müqavilə ilə məxsus olduğu “Olimpiakos” qayıtmağı planlaşdırır. Ancaq Pirey təmsilçisi onu Yunanıstan klublarından birinə icarəyə verməyi düşünür. Futbolçu Yunanıstan Superliqasının iki təmsilçisinin maraqlandığı bildirilib.Məşqçilər heyəti Kaneni yerli komandalara icarəyə verməklə onu yaxından izləməyi düşünür.

Kane bu mövsümün sonuna qədər “Neftçi”yə icarəyə verilsə də, anlaşmaya əsasən, “Olimpiakos” qış fasiləsində onu qaytara bilər.

Qeyd edək ki, Mamadu Kane hazırda Afrika Millətlər Kuboku üçün Qvineya yığmasının düşərgəsindədir.

Facebook Comments