Çinarlı qəsəbəsinin dərinləşən içməli su problemi

Çinarlı qəsəbə sakinlərinin ciddi şəkildə su problemi ilə bağlı şikayətlərinin şahidi oluruq. Həmişə Şəmkirdə suyunun bol olması ilə seçilən Çinarlı qəsəbəsi çox ağır və get-gedə daha da dərinləşən su problemi ilə üz-üzədir. İçməli suyunun əsasını kəhrizlər təşkil edən qəsəbədə kəhrizlər batır və yaxudda quruyur, həmçinin bir çox quyularda da bu hallar müşahidə edilir. Vəziyyətin bu hal alması qəsəbə sakinlərini çox narahat edir və bununla bağlı aidiyyatı qurumları səfərbər etməyə çalışsalarda, çox təəssüf ki, uğurlu bir nəticəyə nail ola bilməyiblər. Şəmkirçay su dəryaçasının istifadəyə verilməsi qəsəbədə içməli suyun tükənməsinə zəmin hazırlayıb və nəticədə vaxtilə almanlar tərəfindən istifadəyə verilmiş kəhrizlər quruyur. Şəmkirçay su dəryaçasının istifadəyə verilməsindən sonra Yuxarı Seyfəli kəndindən başlayaraq Şəmkir rayonunun mərkəzi istiqamətində dəmir boru ilə su xətti istifadəyə verilib və bu boru xətti Çinarlı qəsəbəsinin ərazisindən keçir. Qəsəbə sakinlərinin müəyyən kəsiminin bu su xəttindən istifadə ilə bağlı istəkləri ifadə olunub. Bu məsələ ilə bağlı qərarın verilməsi aidiyyatı qurumların üzərinə düşür. Çinarlının dərinləşən probleminin həlli ilə bağlı mütləqdir ki, çıxış yolları aranmalı və həlli istiqamətində işlərin icrasına başlanmalıdır. Kəhrizlərin problemli hissələrinin bərpası və yaxudda təmizlənməsi, həmçinin quyuların, bununla yanaşı alternativ su xətlərinin ərsəyə gətirilməsi istiqamətində düşünmək və aidiyyatı dövlət orqanları qarşısında məsələ qaldırmaq lazımdır.

Çinarlı Sosial İnkişaf və Xeyriyyə Birliyi

Sozcu.az

Facebook Comments