“Əsgərimiz Laçın dəhlizinə yerləşməli və giriş-çıxışa nəzarət etməlidir”

Azərbaycan vətəndaşları Naxçıvana MANEƏSİZ gedib gələnə qədər Laçın dəhlizi də ermənilər üçün məhdudlaşdırılmalıdır.

Qarabağa Azərbaycanın icazəsi olmadan gəlib gedənlərin “qara siyahıya” salmaqla nəticə əldə etmək mümkün deyil. Qarabağa qanunsuz səfərlərə görə məsuliyyət Rusiya sülhməramlılarını üzərinə düşür. Bunu da xarici işlər nazirliyi açıq şəkildə bəyan etməlidir. Ya rus sülhməramlılar vəzifələrini tam icra etməlidirlər, ya da Əsgərimiz Laçın dəhlizinə yerləşməli və giriş-çıxışa nəzarət etməlidir.

Azərbaycan vətəndaşları Naxçıvana MANEƏSİZ gedib gələnə qədər Laçın dəhlizi də ermənilər üçün məhdudlaşdırılmalıdır. Ermənistan tərəfinin də imzaladığı birgə Bəyanat da Azərbaycan vətəndaşları Naxçıvana ikitərəfli və maneəsiz hərəkətini nəzərdə tutur.
Axtarışda olan erməni terrorçuların və ya sərhəddimizi pozan xarici ölkə vətəndaşlarının istədiyi vaxt Laçın dəhlizindən keçməklə aşağı yuxarı hərəkət etməsi, qalib Azərbaycan üçün qəbuledilməzdir. Buna son qoyulmalıdır.

Ədalət Verdiyev, hərbi ekspert

Facebook Comments