Azərbaycan neftinin orta qiyməti bu həftə 1% artıb

Həftə ərzində (20-24 dekabr) dünya bazarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 76,7 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,78 dollar və ya 1,03% çoxdur.

Sozcu.az-ın məlumatına görə, həftə ərzində ən yüksək göstərici (IV gün) – 79,24 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 72,04 dollar səviyyəsində olub.

Facebook Comments