Oliqarxlar dövlət çevrilişi edə bilər? – Bəşirov

Ukrayna oliqarxlarının ölkədə dövlət çevriliş edib Vladimir Zelenskini devirməsi ancaq kənardan dəstəklə mümkün ola bilər. Bu mövzuda davamlı spekulyasiyalar diqqəti real problemlərdən yayındırmağa yönəlib.

Sozcu.az xəbər verir ki, bunu politoloq Marat Bəşirov deyib.

“Bütün bunlar cəfəngiyyatdır. Zelenski devrilməyəcək. Oliqarxların heç biri bu cür işlərin təşkilində iştirak edə bilməz və etməyəcək də. Bunu yalnız xarici qüvvələr edə bilər. Oliqarxlara qarşı mübarizə sadəcə olaraq cəmiyyəti daha aktual problemlərdən yayındırmaq üçün bir yoldur”, – ekspert bildirib.

Facebook Comments