“Türkiyə bu hiylədə iştirak etməməlidir” – Osman Kazımov

“Laçın koridoru ilə Zəngəzur dəhlizinə eyni status vermək olmaz. Bu Azərbaycanın suveren hüquqlarının pozulmasıdır”.

Sozcu.az xəbər verir ki, bunu tanınmış vəkil Osman Kazımov deyib:

“Azərbaycan Zəngəzur dəhlizindən keçərək Naxçıvana-öz ərazisinə gedəcək. Ermənilər isə Laçın koridoru vasitəsi ilə Xankəndinə- Azərbaycan Respublikasının ərazisinə gələcək. Bu tam fərqli şeylərdir. Azərbaycan hal-hazırda Qarabagın daglıq hissəsinə nəzarət edə bilmir. Belə olan halda Azərbaycan dövlət sərhəddinə də tam nəzarət edə bilməyəcək. Bu isə ermənilərin Qarabag münaqişəsi başlayandan deyure əldə etmək istədikləri nəticədir. Bu Azərbaycana qarşl böyük çirkin və hiyləgər oyundur. Bu tarixi xəyanətdir. Türkiyə bu hiylədə iştirak etməməlidir”.

Facebook Comments