Rusiyaya ağır sanksiyalara hazırıq – Leyen

Rusiyanın Ukraynaya aqressiv davranışlarının böyük bədəlləri olacaq.

Sozcu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.

“İyun ayında Avropa Şurası bizə seçimlər hazırlamağı tapşırmışdı. O vaxtdan bəri ABŞ və digər tərəfdaşlarla sıx əməkdaşlıqla çalışırıq.

Bu, mövcud sanksiyaların güclü şəkildə böyüdülməsi və genişləndirilməsi şəklində ola bilər və təbii ki, biz Rusiya üçün ciddi nəticələrə malik görünməmiş əlavə tədbirlərin tətbiqinə hazırıq. Amma mən Rusiyanı gərginliyi azaltmağa, diplomatiiya yolunu seçməyə və beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıram”, – deyə Leyen bildirib.

Facebook Comments