“Təbriz zəlzələ riskinə görə ən təhlükəli şəhərlər sırasındadır”-Professordan xəbərdarlıq

Təbrizin zəlzələ baxımından ən riskli şəhərlər sırasındadır. Bu barədə Beynəlxalq Seysmologiya və Zəlzələ Mühəndisliyi İnstitutunun professoru Mehdi Zare açıqlama verib.

“Biz zəlzələ riski ilə bağlı heç nə edə bilmərik, ancaq çökmə və zəlzələdən irəli gələn fəsadların azalması üçün tədbirlər görə bilərik”-deyə, professor bildirib.

O, Tehran, Kərəc, Məşhəd, Kirman, Bəndər Abbas və başqa bir neçə şəhərin zəlzələ riski altında olduqlarını qeyd edərək, fayların yerdəyişməsi və qırılması baxımından Təbrizin daha təhlükəli durumda olduğunu söyləyib.

Mehdi Zarein dediyinə görə, elmi baxımdan Təbriz fayı aktiv fay sayılır və hər il 3 balla 4.8 bal arası zəlzələlərin baş verməsi qeydə alınır.

Qeyd edək ki, Təbrizin belə bir ciddi risk altında olmasına baxmayaraq hökumət və yerli məsullar tikililərin bərkidilməsinə, seysmoloji duruma uyğun şəhər salma qaydalarının riayət olunmasına əhəmiyyət vermirlər.

Təbrizdə marginallaşma, şəhər ətrafı qeyri-standard evlərin inşası geniş vüsət alıb və əlaqədar qurumların verdiyi məlumata görə, hal-hazırda ən azı 350 min nəfərin riskli bölgələrdən köçürülməsinə ehtiyac var.

Facebook Comments