Ermənistan Xankəndində PUA laboratoriyası açır…

Daha sonra eyni cür laboratoriyanın Ağdərədə də açılması planlaşdırılır…

Yaxın vaxtlarda Xankəndində pilotsuz uçuş aparatları(PUA) üzrə tədris laboratoriyası açılacaq.

Sozcu.az xəbər verir ki, “ArmenianReport”un yaydığı məlumata görə, bunu mətbuat konfransında Ermənistan Qabaqcıl Texnologiyalar Müəssisələri İttifaqının (UATE) “ArMath School” mühəndislik laboratoriyalarının koordinatoru Sedrak Vardanyan bildirib.

S.Vardanyanın sözlərinə görə, İlk belə laboratoriya (“ArMath in air”) Dilicandakı terrorçu Monte Melkonyan adına hərbi məktəbdə açılıb.

“Burada həm kursantlar, həm də adi liseylərin orta məktəb şagirdləri təyyarələrin maketlərini yaradırlar. Buraya adi “ArMath” laboratoriyalarında orta siniflərdə mühəndisliyin əsaslarını artıq başa vuranlar gəlir. İlkin mərhələdə onlar hazır modellərin yığılmasını öyrənirlər, sonra özlərini yaratmağa başlayırlar və özləri onlar üçün gövdə, qanad və digər elementləri quraşdırırlar” – S.Vardanyan belə deyib.

Onun sözlərinə görə, artıq Xankəndində laboratoriyanın açılması ilə bağlı razılaşmalar var, hazırda bunun üçün təlimatçılar hazırlanır. Bundan əlavə, eyni cür laboratoriyanın Ağdərədə də açılması planlaşdırılır.moderator

Facebook Comments