Almaniyanın yeni kansleri ilk səfərini Parisə və Brüsselə edəcək

Almaniyanın yeni kansleri Olaf Şolts ilk səfərlərini Paris və Brüsselə edəcək.

Sozcu.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti açıqlama yayıb.

Şolts dekabrın 10-da Parisə və Brüsselə səfər edəcək.

Parisdə Şolts Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.

Brüsseldə isə o, Avropa Komissiyasının sədri Ursula fon der Layenlə, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və NATO baş katibi Yens Stoltenberqlə danışıqlar aparacaq.

Facebook Comments