Rusiya hara çağırır? – Təhlil

“Rusiya çağırır” kimi gülünc adlı 13-cü VTB Kapital İnvestisiya Forumu 30 noyabr-1 dekabr tarixində onlayn formatda keçirildi. Bu tədbirin məqsədi iş adamlarını Rusiyada biznes qurmağa, sərmayə yatırmağa sövq etməkdir. Digər tərəfdən bu tədbir Rusiyanın postsovet məkanında cəlbedici obrazının yaradılmasına xidmət edir.

Forumda çıxış edən Vladimir Putin “Rostex” şirkətinin iğtişaşları proqnozlaşdırmağa və onların böyüməsinin qarşısını almağa kömək edəcək xüsusi proqram hazırladığı haqqında məlumat verib. Bu o deməkdir Rusiya vasallarına xalq etirazlarının qarşısını almaq üçün Moskvanın yeni vasitə tapması xəbərini çatdırır.Rusiya təsir edə bildiyi, nəzarət altına aldığı ölkə və insanları hara çağırır?

Bu yaxınlarda yayılan minlərlə video və foto görüntülər Rusiya həbsxanalarında insanlara verilən işgəncələrin dəhşətli miqyasını və əzaziliyini üzə çıxardı. Hüququn aliliyinin olmadığı Rusiyada isə hər bir şəxsin yolu həbsxanaya düşə bilər.

Vladimir Putinin 20 illik hakimiyyəti, 2000-2020-ci illərdə Rusiyanı 5 milyon insan tərk edib. Onların böyük əksəriyyəti sahibkarlar, yaradıcı insanlar və elm adamlarıdır. Belə demək olar ki, Rusiya cəmiyyətinin üst təbəqəsi ölkəni tərk edib. Bu proses bu gün də davam edir.

Putinin hibrid rejimi isə “Rusiya çağırır” kimi gülünc adlı formlar keçirməklə insanları tora sala biləcəklərini düşünürlər. Əlbətdə, Rusiyanın toruna düşənlər var və olacaq da. Ancaq ağlı başında olan heç bir insan Rusiyaya bir dollar da sərmayə qoymaz. Çürüməkdə olan dövlətin çöküntülərinin altında qalmaq istəməyənlər Rusiyanın çağrışına cavab verməməlidirlər.

Xəqani Cəfərli, politoloq

Facebook Comments