“Dünən İrəvandan Bakıya təyyarə uçub – çoxlu sayda əsir gətirilməlidir…”

“Mən inanıram ki, yaxın günlərdə hərbi əsirlər kommunikasliyaları açmaq müqabilində geri qaytarıla bilərlər”.

Sozcu.az xəbər verir ki, bunu dünən axşam Ermənistanın “Pastinfo” nəşrinə açıqlamasında “Çiçəklənən Ermənistan” parlament fraksiyasının keçmiş üzvü Naira Zohrabyan söyləyib.

Onun sözlərinə görə, məhbusların yaxınlarına məlumat daxil olub ki, dünən (noyabrın 30-S.L.) Bakıya uçan təyyarə havaya qalxıb və həftənin sonuna qədər çoxlu sayda əsir gətirilməlidir.

“Onlara dedim ki, məndə belə bir informasiya olmadığı üçün bu məlumatı nə təkzib, nə də təsdiq edə bilərəm. Lakin Soçidəki görüşdən sonra Paşinyan, Əliyev və Putinin görüşdən məmnun qaldıqları haqda dedikləri və digər faktları birləşdirərək mən kommunikasiyaların açılması müqabilində hərbi əsirlərin yaxın günlərdə qaytarıla biləcəyini güman edirəm. Bu, sadəcə, məntiqi nəticədir, başqa heç nə deyil” – deyə Zöhrabyan vurğulayıb.

Qeyd edək ki, hələlik rəsmi Bakı və ya İrəvan tərəfindən Azərbaycandakı işğalçı və terrorçu erməni hərbçilərinin qaytarılacağı haqda heç bir məlumat səslənməyib.moderator

Facebook Comments