HƏMAS Böyük Britaniyanı məhkəməyə verəcək

HƏMAS-ın Siyasi Büro üzvü Musa Əbu Mərzuk Böyük Britaniyanın hərəkatın terror siyahısına salınması ilə bağlı qərarına qanuni yollarla etiraz edəcəklərini açıqlayıb.

Sozcu.az xəbər verir ki, o, Britaniyanın qərarına qarşı müxtəlif qurum və təşkilatlarla fəal iş apardıqlarını, vəkillər vasitəsilə məhkəməyə müraciət edəcəklərini bildirib.

Qeyd edək ki, Böyük Britaniya hakimiyyəti HƏMAS-ın siyasi qanadını da terror siyahısına daxil edib.

Facebook Comments