Roysdan yeni rekord

“Borussiya”nın futbolçusu Marko Roys yeni rekorda imza atıb.

Sozcu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, buna Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Sportinq”lə matçda (1:3) iştirak etməklə nail olub. Bu görüş Roysun ÇL-dəki 55-ci qarşılaşması olub. Bununla da alman yarımmüdafiəçi Dortmund klubunun ÇL-də ən çox oyun keçirən futbolçuları siyahısında ilk pilləyə yüksəlib.

Qeyd edək ki, bundan əvvə rekordun sahibi Luşak Pişek “Borussiya”nın heyətində ÇL-də 54 oyun keçirmişdi.

Facebook Comments