Bütün zamanların ən populyar mahnısı məlum oldu

“Billboard” nəşrinin versiyasına görə, kanadalı “TheWeeknd”in (əsl adı Eybel Tesfaye) “Blinding Lights” kompozisiyası bütün zamanların ən populyar mahnısı olub.

Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, musiqi parçası amerikalı Çabbi Çekerin “The Twist” kompozisiyasının rekordunu qırıb.

2019-cu ilin noyabr ayında dinləyicilərə təqdim edilmiş “Blinding Lights” 100 həftə ardıcıl olaraq “Hot” çartında ilk pilləni tutub və bütün zamanların ən populyar mahnısı adını qazanıb.

Facebook Comments