Koronavirusa qarşı vaksinlər yüksək qan təzyiqinə səbəb olur? – AÇIQLAMA

Bəzi vətəndaşlar koronavirus əleyhinə vaksinasiyadan sonra onlarda tez-tez təzyiqin qalxması hallarının baş verdiyini iddia edirlər.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Səhiyyə Nazirliyini mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, bunun vaksinasiya ilə heç bir əlaqəsi yoxdur.

“Təzyiq xəstəliyi vaxtaşırı kimdəsə yaranır. Əksər insanlar vaksin olunur. Lakin təzyiqin qalxmasını bununla əlaqələndirmək düzgün deyil” – deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 18-bnə olan məlumata görə, sutka ərzində 35 min 699 nəfərə vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 700, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 120 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı isə 10 milyon 201 min 533 doza təşkil edir.

Facebook Comments