Saakaşvilinin hazırki istəyi budur – Xerxeulidze

Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Eka Xerxeulidze bu gün Qori hərbi hospitalında müalicə alan sabiq prezident Mixail Saakaşvilini ziyarət edib.

Sozcu.az xəbər verir ki, partiya nümayəndəsi keçmiş prezidentlə bir sıra gələcək planlarını müzakirə etdiyini və onun aktiv siyasətə qoşulmaqda maraqlı olduğunu bildirib.

Müxalifət üzvü deyib ki, hazırda başlıca məsələ onun azadlığa buraxılmasıdır:

“Mixail Saakaşvili hazırda müalicə mərhələsindədir. Hamı bilir ki, buradakı tibbi servis tam şəkildə deyil. Sağlamlıq vəziyyətindən qaynaqlı olaraq, onun peşəkar şəkildə yoxlanılmağa ehtiyacı var. Biz həmçinin öz aramızda gələcək planlar barəsində də müzakirələr apardıq. Mixail Saakaşvilinin ölkəyə gəliş səbəbi onun xəstəxanaya yerləşdirilməsi deyil. Saakaşvili ölkədəki siyasi proseslərdə tam şəkildə iştirak etmək arzusundadır. Hazırda başlıca məsələ onun azadlığa buraxılmasıdır. Bu, siyasi gündəmdə duran əsas məsələdir”.

Facebook Comments