Məşhur cütlük ayrıldı

Uzun müddətdir sevgili olan müğənni Şon Mendesla Kamila Kabello ayrılıb.

Sozcu.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə cütlük instaqram hesabında açıqlama yayıb. İkili hələ də bir-birlərini sevdiklərini, lakin münasibətlərinə dost olaraq davam edəcəklərini bildiriblər.

Qeyd edək ki, Şon və Kamila 2014-cü ildə konsertlərin birində tanış olublar. Onlar 2019-cu ildə “Senorita” adlı birgə treki yazaraq görüşməyə başladıqlarını elan etmişdilər.

Facebook Comments