Operativ Qərərgah daha bir məlumat yaydı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 42 265 vaksin vurulub.

Sozcu.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 988, ikinci mərhələ üzrə 11 981, “Buster” doza üzrə 24 296 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 9 983 606, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 007 657, ikinci mərhələ üzrə 4 454 456, “Buster” doza üzrə isə 521 493 nəfər təşkil edir.

Facebook Comments