Mişanın məhkəməsi harda keçirilsin? – Tiflis təşvişdə

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin noyabrın 10-na təyin edilmiş məhkəməsi olduğu həbsxanada keçirilə bilər.

Sozcu.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın ədliyyə naziri Rati Breqadze çıxış edib.

“Onun məhkəmə zalına köçürülüb-köçürülməyəcəyi ilə bağlı suala cavab verəcəm: biz ədaləti mümkün qədər təbliğ edəcəyik. Amma tövsiyəmiz budur ki, məhkəmə 12-ci cəzaçəkmə müəssisəsində (Saakaşvilinin həbsdə olduğu yer – red.) keçirilsin. Ciddi tövsiyəmiz budur ki, məhbus 12-ci müəssisədən çıxarılmamalıdır, çünki o, təhlükə ilə üzləşə bilər və biz onu qorumağa borcluyuq”, – nazir vurğulayıb.

Nazirin sözlərinə görə, iclas məhkəmədə keçirilərsə, həyətdə vətəndaşlar tərəfindən təxribatlar başlaya bilər:

“Bu işdə kim məsuliyyət daşıyacaq və neçə hüquq-mühafizə orqanı əməkdaşı cəlb edilməlidir? Bütün resursların bir nəfərin müdafiəsinə yönəldilməsi mümkün deyil”.

Facebook Comments