Zelenski geri çəkiləcək, prezident o olacaq – Qordon

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak növbəti seçkilərdə Ukrayna prezidentliyinə namizədlər arasında yer ala bilər.

Sozcu.az xəbər verir ki, bu barədə urkaynalı məşhur jurnalist Dmitri Qordon deyib.

“Bu müddət ərzində o, dövlət idarəçiliyində püxtələşdi, bütün bu elmlərə yiyələndi. Eyni zamanda istedadlı insandır, hüquqşünasdır. Küçədən gəlməyib və Vladimir Zelenskiyə qədər onun zəngin keçmişi var. Yermak hazırkı postda özünü çox yaxşı göstərib. Hazırkı prezident ikinci müddətdə namizədliyini irəli sürməyəcək”, – deyə Qordon bildirib.

Facebook Comments