Brayza: Gürcüstanda demokratiya təhdid altındadır

Gürcüstanda demokratiyadan imtina baş verir.

Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı eks-səfiri Metyu Brayza deyib. Onun sözlərinə görə, müxalifətlə iqtidarın 19 aprel razılaşması istiqamətində addım atmaması demokratiya təhdid altında qoyur:

“Buna görə məsuliyyət hökumətin üzərindədir. Onların Şarl Mişel razılaşmasından imtinası demokratiyaya qarşıdır. Siyasi situasiya çox qütbləşib. Seçki öncəsində KİV nümayəndələri və siyasətçi nümayəndələri arasında tez-tez qarşıdurma halları yaşanıb”.

O, əvvəlki kimi Gürcüstanın NATO-ya inteqrasiyasının ABŞ tərəfindən dəstəkləndiyini bildirib.

Facebook Comments