“Saqqalı rahat oğurluq edə bilməyim üçün saxlayıram”

“Saqqalı ona görə saxlayıram ki, məndən şübhələnməsinlər, rahat oğurluq edə bilim. Ən böyük qorxum polis idi. Bilirdim ki, izləyirlər məni. Nəhayət faktla tutdular. Əməlimdən peşimanam”.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin verdiyi məlumata görə, bu sözləri Astara rayonunda fermadan ümumi dəyəri 3800 manat olan texniki avadanlıqları oğurlamaqda şübhəli bilinən və  tutularaq istintaqa cəlb edilən Bəhruz Səmədov deyib.

Elşad Hacıyevin verdiyi məlumata görə, digəri isə azyaşlıya qarşı soyğunçuluq edib. Müəyyən edilib ki, rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunan Fəqan Məmmədov həm da narkotik istifadəçisidir. Üzərindən 5 qram narkotik vasitə olan heroin aşkarlanıb.

Qeyd: Onların əməlindən zərər çəkən varsa bizə müraciət edə bilər.

Sozcu.az

Facebook Comments