Təbrizli milli fəallın mühakimə olunacağı tarix açıqlanıb

Təbrizli milli-mədəni fəal Yusif Sələhşur məhəkəməyə çağırılıb.

Cəza Məhkəməsinin 111-ci bölməsinin elektron sistemi vasitəsilə yayılan bildirişdə ondan oktyabrın 27-i, yerli vaxtla saat 11-də sözügedən məhkəmədə olması istənilib.

O, “kiber məkanda telekommunikasiya sistemləri vasitəsi ilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək”də ittiham olunur.

Bundan öncə Hadi Şəhabinin başçılığı ilə keçirilən son məhkəmə iclasında Yusif Sələhşura qarşı “hökumətə qarşı təbliğat” və “səs-küy salmaq cə qanunsuz aksiyaya qoşulmaqla ictimai asayişi pozmaq” ittihamları irəli sürülüb.

Yusif Sələhşur 25 iyul tarixində təhlükəsizlik məmurları tərəfindən Təbrizdə saxlanılıb.

O, dindirilmə prosesi bitdikdən sonra 11 avqustda Təbriz zindanına köçürülüb və 14 avqustda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Qeyd edək ki, mədəni fəal Yusif Sələhşur Azərbaycan milli rəqsləri üzrə müəllim kimi fəaliyyət göstərir.

Bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və basqılarla qarşılaşıb.

Facebook Comments