“Sərhədlərin demarkasiyası prosesinin başlanması yalandır” – Qriqoryandan ŞOK AÇIQLAMA

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı baş verən proseslərdən danışıb.

Sozcu.az erməni mətbuatına istinadən xəbər verir ki, Qriqoryan Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesinin başladığı haqda təəssüratları yalan adlandırıb:

“Hazırda bütün sənədlər araşdırılır, lakin təmaslar səviyyəsində demarkasiya və delimitasiya prosesi yoxdur” – deyə Qriqoryan vurğulayıb.

Qriqoryan vurğulayıb ki, ilk növbədə sərhədlərlə bağlı bütün hüquqi əsasları və tərəflərin imzası olan sənədləri araşdırmaq lazımdır. O prosesləri çətinləşdirən bir çox problemlərin mövcudluğunu da dilə gətirib.

Görünür Ermənistan hökumətinin daxilində çox ciddi parçalanmalar və fikir ayrılıqları mövcuddur. Bunu sübuta yetirən bir çox amillər mövcuddur. Belə ki, bir müddət öncə Qafan şəhərinin meri Gevork Parsyan yaxınlıqda yerləşən Akdağ dağının (Pelasar dağı – red.) Bakının nəzarətinə keçdiyini və Azərbaycan hərbçilərinin orada yerləşdiyini bildirmişdi. Daha sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti bu ərazidə heç bir dəyişikliyin baş vermədiyini və sərhədçilərin orada xidmətə davam etdiyini açıqlamışdı.

İndi isə sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin getdiyi bir vaxtda, Qriqoryanın belə sərsəm açıqlama ilə çıxış etməsi heç cür anlaşılan deyil.konkret

Facebook Comments