ABŞ İranın Qafqaz hədəflərinə çox pis baxır – Vasadze

Pentaqon rəhbərinin Qara dəniz səfəri bir neçə məqamı təsdiqlədi.

Bu sözləri Axar.az-a gürcü ekspert Gela Vasadse Lloyd Ostinin Gürcüstan, Ukrayna və Albaniya səfərlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Qara dəniz səfərinin təsdiqlədiyi əsas məqamlardan birincisi Qara dəniz təhlükəsizliyinin NATO-nun Avropadakı prioritetlərindən biri olmasıdır.

“İkinci əsas mesaj ABŞ-ın Rusiya Federasiyasına bölgədəki güc balansını pozmağa icazə verməyəcəyidir. Növbəti nüans Gürcüstanın ABŞ-ın Cənubi Qafqazdakı əsas strateji tərəfdaşı olaraq qalmasıdır. Pentaqon Gürcüstan ordusunu modernləşdirmək üçün səylərini davam etdirəcək. Hərbi məsələlərlə yanaşı, Gürcüstanda demokratik təsisatların inkişafı Vaşinqton üçün prioritetdir”.

Gürcü mütəxəssis Pentaqon rəhbərinin Qara dəniz səfərinin regionda xüsusi bir dəyişikliyə səbəb olacağını düşünmür:

“Bölgədə Rusiya – Ermənistan və Türkiyə – Azərbaycan güc balansı qurulduğundan ABŞ bu tarazlığın pozulmasına imkan verməyəcək. Onu qeyd etmək lazımdır ki, ABŞ həm də İranın bölgədəki hədəflərinə son dərəcə mənfi münasibət bəsləyir”, – deyə Vasadze bildirib.

Facebook Comments