Avtobus dayanacağı olmayan qəsəbə

Çinarlı qəsəbəsi Şəmkirin ən böyük qəsəbələrindən biridir. Ümumilikdə qəsəbənin 10 mindən artıq sakini var. Qəsəbə 1888-ci ildə almanlar tərəfindən salınıb. Həmin zamanlardan Şəmkirdə ən gözəl küçələrə, evlərə, infrastruktura sahib yaşayış yerlərindən biri sayılır. Zamanında almanlar bu gözəllikləri yaradaraq bizlərə bəxş ediblər. Bizdə almanlardan qalan ənənələrə sadiq qalaraq Çinarlı qəsəbəsinin dahada gözəlləşməsi, inkişaf etməsi üçün bütün bacara biləcəyimiz və gücümüz çatan işləri icra etməliyik.

Çinarlı qəsəbəsi Şəmkir-Gəncə, həmçinin Şəmkir şəhər-Seyfəli kənd avtobus marşrutlarının keçdiyi əraziyə daxildir. Marşrut xətti var amma qəsəbə içərisində avtobus dayanacağı mövcud deyil. Yağışlı, küləkli, isti günəşli havada qəsəbə sakinləri müxtəlif məkanlarda dayanaraq marşrutlara minərək yollarına davam edirlər. Bu səbəbdən mütləqdir ki, qəsəbə ərazisində ən azı iki avtobus dayanacağı yaradılmalıdır. Dayanacaqların yaradılması üçün aidiyyatı qurumların bu məsələyə diqqət ayırmasını istəyirik.

Çinarlı Sosial İnkişaf və Xeyriyyə Birliyi İdarə Heyətinin üzvü – Ceyhun Nəbi

Facebook Comments