“Messinin “Barselona”da pulsuz oynayacağını düşünürdüm”

“Barselona”nın iqtisadiyyat üzrə vitse -prezidenti Eduard Romeu klubdan ayrılan Lionel Messi haqda danışıb.

Sozcu.az xəbər verir ki, “TV3″ə verdiyi müsahibədə söyləyib ki, argentinalı hücumçunun Kataloniya təmsilçisində pulsuz oynaya bilərdi:

“Messinin etdikləri tamamilə qanunidir, tənqid deyil. Ancaq yaşadığımız bütün problemləri görüb, klubun səylərini nəzərə alaraq, pulsuz oynaya biləcəyini düşündüm. La Liqa bunu niyə qəbul etməsin? Bir oyunçunun kluba qarşı sevgisini bu hərəkətlə göstərməsi qanunidir”.

Xatırladaq ki, yayda Messi azad agent olaraq Kataloniya klubundan ayrılaraq PSJ ilə iki illik müqavilə imzalayıb. O, La Liqanın maliyyə şərtləri səbəbindən “Barselona” ilə yeni müqavilə imzalaya bilməmişdi.

Facebook Comments