Hamilə arvadını dənizdə boğan şəxsə hökm oxundu

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar Əhmədovun məhkəməsi yekunlaşıb.

Sozcu.az xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. A. Əhmədov 16 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin avqustunda 1986-cı il təvəllüdlü Anar Əhmədov istirahət mərkəzlərindən birində dənizdə hamilə arvadı, Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürüb.

Facebook Comments