Baydenin reytinqi ən aşağı səviyyəyə endi

ABŞ Prezidenti Cozef Baydenin reytinqi ən aşağı səviyyəyə enib.

Sozcu.az xəbər verir ki, bu nəticə ABŞ-ın Kvinnipekskim Universitetinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Məlumata görə, amerikalıların 53%-i Baydenin fəaliyyətini mənfi dəyərləndirir. Baydenin fəaliyyətinə müsbət yanaşan amerikalılarına sayı respondentlərin 38%-ni təşkil edib. Öncəki sorğuda Baydenin fəaliyyətini müsbət dəyərləndirənlərin sayı 42 faiz idi.

Respublikaçılar Partiyasının üzvləri arasında Baydenin fəaliyyətini mənfi dəyərləndirilənlərin sayı 94%, demokratların arasında isə 10% olub.

Facebook Comments