“Qarabağ”ın rəqibindən heç-heçə

Kipr çempionatında 4-cü turun oyunları keçirilib.

Sozcu.az xəbər verir ki, “Qarabağ”ın Konfrans Liqasındakı rəqiblərindən olan “Omoniya” da bu tur doğma meydanda “Pafos”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

“Omoniya” 4 turdan sonra 4 xalla 12 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ”ın “Omoniya” ilə ilk oyunu sentyabrın 30-da səfərdə, ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda olacaq.

Facebook Comments