Fərid Şəfiyev: “Aİ-nin ərazisi işğala məruz qalmış Azərbaycana deyil, Ermənistana böyük yardım paketi təklif etməsi anlaşılan deyil”

“Avropa İttifaqı Ermənistana 2,6 milyard avro məbləğində yardım paketi təklif edib. Ancaq müharibə dövründə Ermənistan ərazisində hər hansı dağıntı olmayıb, müharibə Azərbaycan ərazisində gedib, dağıntılar da bizim ərazilərimizdə törədilib”.

Sozcu.az-ın məlumatına görə, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda brifinqdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

F. Şəfiyev deyib ki, ərazisi işğala, dağıntılara məruz qalmış Azərbaycana deyil, Avropa İttifaqının Ermənistana böyük yardım paketi təklif etməsi anlaşılan deyil.

Facebook Comments