Ruslar Mahir Emrelini erməni kimi təqdim etdi

Rusiyanın “sports.ru” saytı Azərbaycan millisinin futbolçusu Mahir Emrelini “erməni futbolçu” kimi təqdim edib.

Sozcu.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Spartak”la Polşanın “Legiya” klubu arasındakı oyunun şərhçi bu ifadəni işlədib.

Mahir Emrelinin oyunun 78-ci dəqiqəsində qapıya başla vurduğu topu qeyd edən şərhçi “erməninin baş zərbəsi uğursuz oldu” deyib.

Bu ifadə saytda da yer alıb.

Facebook Comments