“Ermənilər Laçından Qarabağa sərbəst gedib-gəlir, Naxçıvan sakinləri isə hələ blokadadadır…”

“Vəziyyət kəskin şəkildə dəyişməsə, 4 ildən sonra Bakı Rusiya sülhməramlılarının geri çəkilməsi və ya başqa bir beynəlxalq kontingentlə əvəz edilməsi məsələsini qaldıra bilər…”

“Əgər əhalinin təhlükəsizliyi Rusiya hərbi qüvvələri tərəfindən təmin edilirsə, onda Qarabağda erməni hərbçiləri nəyə lazımdır?..”

“Azərbaycanın Rusiya sülhməramlılarına və bütövlükdə Moskvaya sualları yalnız İran yük maşınlarının Qarabağa keçməsi ilə bağlı deyil. Qarabağda hələ də erməni əsgərləri var. Baxmayaraq ki, 10 noyabr tarixli üçtərəfli bəyanata görə, onlar sülhməramlıların yerləşdirilməsi ilə sinxron olaraq çıxarılmalı idi. Əgər əhalinin təhlükəsizliyi Rusiya hərbi qüvvələri tərəfindən təmin edilirsə, onda Qarabağda erməni hərbçiləri nəyə lazımdır? Üstəlik, rus sülhməramlıları Ermənistandan Qarabağa yeni hərbi qüvvələrin keçirilməsinə də mane olmayıblar”.

Sozcu.az xəbər verir ki, bu fikirləri Rusiya mediasına açıqlamasında “Turan” agentliyinin icmalçısı Tofiq Türkel ifadə edib.

“Bundan əlavə, Rusiya birgə bəyanatın Azərbaycandan Naxçıvana nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı bəndinin icrasını da təmin etmir. Belə çıxır ki, ermənilər üçün Laçın dəhlizi fəaliyyət göstərir, onlar Qarabağa sərbəst gedib-gəlirlər, amma Naxçıvan Muxtar Respublikasının sakinləri blokadada qalmaqda davam edir”.

Siyasi icmalçının fikrincə, bugünkü iradlar gələcəkdə Azərbaycanın rus sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılmasından imtina etməsi üçün əsaslardan biri ola bilər.

“Vəziyyət kəskin şəkildə dəyişməsə, 4 ildən sonra Bakı Rusiya sülhməramlılarının geri çəkilməsi və ya başqa bir beynəlxalq kontingentlə əvəz edilməsi məsələsini qaldıra bilər” – deyə ekspert vurğulayıb.

Facebook Comments