Bu insanlarda koronavirusdan ölüm riski 11 dəfə yüksəkdir – Alimlər

Peyvənd edilməyən şəxslərdə koronavirusdan ölüm halları vaksinasiya olunan insanlarla müqayisədə 11 dəfə çoxdur.

Sozcu.az “Report”a istinadən xəbər verir ki, bu, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası (CDC) üzrə Federal Mərkəzi tərəfindən dərc edilmiş tədqiqatlarda yer alıb.

Bundan başqa, tədqiqatın nəticələrinə əsasən, peyvənd edilməyən insanlarda xəstəxanaya yerləşdirmə tezliyi vaksinasiya olunanlarla müqayisədə 10 dəfə çoxdur.

Tədqiqatçılar peyvənd edilməsindən asılı olmayaraq, COVID-19-a yoluxmuş yaşlı insanlarda xəstəxanaya yerləşdirmə və ölüm hallarının çox müşahidə edildiyini aydınlaşdırıblar.

Facebook Comments