Banklar bugünkü valyuta hərracında 61 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Sozcu.az-ın AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 61,3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (7 sentyabr 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 9,7% azalıb.

Facebook Comments