Ən yaxşı vaxtdır: Bakı hərbi əməliyyat keçirə bilər

Cənubi Qafqazda payız – qısamüddətli hərbi əməliyyatlar üçün ən əlverişli fəsildir. Bu, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədi xəttinin yaradılmasına görə hərbi əməliyyat aparması üçün ən münasib vaxtdır.

Sozcu.az xəbər verir ki, bu fikirlərlə rusiyalı hərbi ekspert, tarixçi Oleq Kuznetsov bölüşüb.

“Bu gün Azərbaycanın təkcə dövlət sərhədini qurmaq üçün deyil, həm də lazım gələrsə, İrəvanı ələ keçirmək üçün kifayət qədər hərbi gücü və resursları var. Aydındır ki, son variant prinsipial olaraq istisna edilir, amma fakt faktlığında qalır. Vəziyyətin növbəti silahlı münaqişəyə sürüklənməsinin qarşısını ala biləcək obyektiv amilləri şəxsən mən görmürəm”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, hazırda Ermənistanın real olaraq vəziyyəti öz xeyrinə dəyişmək üçün heç bir şansı yoxdur. Həm ölkə daxilində, həm də diasporda ermənilərin ayıq düşüncəliləri bunu çox gözəl başa düşür.

Facebook Comments