Poqbadan daha bir rekord

“Mançester Yunayted”in futbolçusu Pol Poqba İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Sozcu.az xəbər verir ki, fransalı yarımmüdafiəçi çempionat tarixində ilk iki oyunda ümumilikdə 5 məhsuldar ötürmə edən ilk futbolçu olub.

Poqba ilk turda “Lids”i 5:1 hesabıyla məğlub etdikləri oyunda 4 məhsuldar ötürmə etmişdi. O, “Sauthempton”lə heç-heçə etdikləri oyunda (1:1) da komandasının yeganə qolunun ötürməsini edib.

Qeyd edək ki, Poqba ilk turda 4 ötürmə verməklə “Mançester Yunayted” tarixində bir oyunda bunu bacaran yeganə futbolçu kimi də rekord qırmışdı.

Facebook Comments