Talibanın qələbəsi ABŞ-ın məğlubiyyəti, Rusiyanın qələbəsi deyil

Talibanın hakimiyyətə qayıdışını ABŞ-ın məğlubiyyəti, Rusiyanın qələbəsi kimi təqdim etmk istəyən geniş bir təbəqə var. Ancaq ağlı başında olan hər kəs anlayır ki, Talibanın Kabula daxil olması 30 aprel 1975 -ci ildə Cənubi Vyetnamın paytaxtı Sayqon şəhərinin Vyetnam Xalq Ordusu və Cənubi Vyetnam Milli Qurtuluş Cəbhəsinin birgə qüvvələri tərəfindən ələ keçirilməsi ilə eyniləşdirmək tamamilə yanlışdır.

Sayqonun Vyetnam ordusu tərəfindən ələ keçirilməsi ABŞ-ın tarixi boyu məruz qaldığı ən böyük hərbi-siyasi məğlubiyyətidir. Bu hadisədən sonra Sovet İttifaqının başçılıq etdiyi sosialist düşərgəsinin kapitalist dünyası üzərində qələbəsini qaçılmaz hesab edənlərin sayı artmışdı. Ancaq ABŞ-ın başçılıq etdiyi kapitalist dünyanın çöküşü baş vermədi və Sayqondakı qələbədən cəmi 16 il sonra Sovet İttifaqı və onun başçılıq etdiyi sosiailist düşərgəsi dağılaraq tarixin arxivinə atıldı.

Sayqondakı müharibənin ABŞ üçün yeganə siyasi nəticəsi prezident Cerald Fordun növbəti prezident seçkisində məğlubiyyətindən ibarət oldu. Vyetnam məğlubiyyətinin səbəblərinin araşdırılması və çıxış yollarının tapılması nəticəsində ABŞ siyasi, iqtidai və hərbi gücünü dəfələrlə artırdı. ABŞ-ın əsas rəqibi Sovet İttifaqı isə dağıldı.

Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidovdan fərqli olaraq Rusiya ən çox istinad edilıən iqtisadçı alimlərdə biri Vladislav İnozemtsev hesab edir ki, Talibanın qələbəsi ABŞ-ın çöküşünə səbəb olmayacaq. İqtisad elmləri doktoru Vladislav İnozemtsev hesab edir ki, ABŞ-ın siyasi sistemi böhranı imkana, fürsətə çevirməyi bacarır. Buna görə hər bir böhrandan ABŞ güclənərək çıxır.

P.S. ABŞ-ın Əfqanistanı tərk etməsindən sonra Rusiyanın sərhəddləri yaınlığında yeni gərginlik ocağının yaranacağını, Talibanın hakimiyyətə qayıdığı ilə Moskvanın problemlərinin artacağınını düşünürəm. Bu barədə isə sabah yazacam.

Xəqani Cəfərli, politoloq

Facebook Comments