87 iş üzrə ittiham aktı geri qaytarıldı

87 iş üzrə ittiham aktı təsdiq edilməyərək istintaqın davam etdirilməsi üçün geri qaytarılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Sozcu.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Bu günün rəqəmi isə 87-dir. Belə ki, 2021-ci ilin yanvar-iyul ayları ərzində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən 87 iş üzrə ittiham aktı təsdiq edilməyərək istintaqın davam etdirilməsi üçün geri qaytarılmışdır. Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Facebook Comments