Xocalıda rus pravoslav kilsəsinin açılışı oldu…-FOTO

Qarabağda Rusiyanın rəsmən “sülhməramlı” adlanan hərbi kontingentinin əsas bazasının dislokasiya olunduğu məkanda rus pravoslav kilsəsinin açılışı olub.

Sozcu.az xəbər verir ki, bu haqda informasiya sosial şəbəkələrin erməni seqmentində “Qarabağın rus icması”na istinadla yayılıb.

Kilsənin açılışı bu gün – avqustun 14-ü saat 12:00-da keçirilib.

Xatırladaq ki, 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən 2020-ci il noyabrın 11-dən “sülhməramlı” adı altında Azərbaycan Respublikasının Şərqi Zəngəzur və Qarabağ ərazisinə yeridirilmiş Rusiya hərbi kontingentinin əsas bazası Xocalı rayonu ərazisindəki hava limanında yerləşir.moderator

Facebook Comments