Aqil Abbas: “Jirinovski millətimizi təhqir edib, Vahabzadə də cavabını verib”

Rusiya Liberal Demokrat Partiyasının sədri, Dumanın deputatı Vladimir Jirinovski Azərbaycanın sabiq səfiri İsfəndiyar Vahabzadəni məhkəməyə verəcəyi ilə hədələyib.

O, bu barədə teleaparıcı Solovyovun Youtube-da canlı efiri zamanı bildirib. Qeyd edək ki, İ.Vahabzadə Jirinovskini və rus xalqını “donuz” adlandırıb.

Qeyd edək ki, İ.Vahabzadə V.Jirinovskinin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı etdiyi təhdidlərə cavab verərək bu açıqlamaları sərt tənqid edib.

Millət vəkili Aqil Abas məsələ ilə bağlı Bakıvaxtı.az-a bildirib ki, Jirinovski Vahabzadəni məhkəməyə verə bilməz: “Jirnovskinin özü məhkəməlikdir. Onun başının parası yoxdur. İsfəndiyar Vahabzadə nə deyibsə haqlıdır. Jirinovski bizim millətimizi təhqir edib, Vahabzadə də cavabını verib. Bizdə belə bir məsəl var: “Söymə nökər dədəmi, söyməyim bəy dədəni””.

Facebook Comments